Sumqayıt sakinlərindən şikayət: “Bədbəxt hadisə qaçılmaz olacaq” – FOTO/VİDEO

0
763

Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıt şəhərində yol çöküb.

Şəhərin Kamran Hüseynov küçəsində yaşayan sakinlər yolda yaranan çuxurun günbəgün genişləndiyini deyirlər:

“Bu yolu bəlkə beş dəfə təmir ediblər. Amma hər dəfə yenidən çökür. Heç kim ərazi ilə maraqlanmır, yolun hansı səbəbdən çökməsini dəqiqləşdirib, problemi kökündən həll etmək istəmir. Avtomobil yoludur, kifayət qədər nəqliyyat hərəkət edir. Ərazidən maşın keçən zaman sürücü bu çuxuru görməsə, bədbəxt hadisə qaçılmaz olacaq”.