Qazaxıstanın paytaxtında ictimai nəqliyyatın hərəkətinə iki həftəlik qadağa qoyuldu

0
215

Koronavirus pandemiyası səbəbindən Qazaxıstanın paytaxtı Nur-Sultanda ictimai nəqliyyatın hərəkətinə iki həftəlik qadağa qoyulub.

Bu barədə şəhər nəqliyyat sistemini idarə edən “City Transportation Systems” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Şirkətin məlumatına əsasən, bu müddət ərzində avtobuslarda və ictimai nəqliyyat vasitələri parkında dezinfeksiya işləri aparılacaq.