Qəbələdə Pandemiyaya qarşı mübarizə üçün mobil qruplar yaradılıb

0
723

 

Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən pandemiyaya qarşı mübarizə tədbirlərini Operativ Qərargahın müəyyən etdiyi qaydalar əsasında daha da gücləndirilməsi məqsədi ilə mobil qruplar yaradılıb. Həmin mobil qruplara Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gənc Könüllüləri də qoşulub.

Bu qrupların tərkibində fəaliyyət göstərən könüllülər müəssisə, təşkilat və sahibkarlara məxsus obyektlərdə pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri bir daha sakinlərin diqqətinə çatdırıblar.

Vətəndaşlara qapalı məkanlarda maskadan istifadə etməyin məcburiliyi izah olunub, əks halda tələblərin pozulması hallarına yol verən qurum və cavabdeh şəxslərin cərimələnməsi halının baş verəcəyi bildirilib.

Qeyd edək ki, bu tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Təranə Alməmmədova,
İctimai Nəzarət Koalisiyasının Qəbələ rayon nümayəndəliyinin sədri