Prezidentlərin görüşü: Nələr müzakirə ediləcək?

0
332

Türkiyə, Rusiya və İran prezidentlərinin bu gün keçiriləcək görüşünün detalları açıqlanıb.

Liderlər əsasən İdlibdəki son prosesləri müzakirə edəcək.

Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin bölgədəki müşahidə məntəqələrinin vəziyyəti, Əsəd rejiminin atəşkəsi pozması və Türkiyə-Rusiya patruluna qarşı təxribatları ətraflı şəkildə dəyərləndiriləcək.

Görüşdə digər vacib məsələlərdən biri Suriyanın şimalında baş verən son proseslər olacaq. PKK/YPG-nin Suriyanın şimalından tamamilə çıxarılması, terrorçuların təhlükəsiz bölgəyə hücumlarının gündəmə gətirilməsi gözlənilir.

Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK/YPG-nin Fəratın şərqində yenidən canlanmaması mövzusunda tələblərini həmkarlarına çatdıracaq.

Zirvədəki digər bir mövzu Dəməşqin siyasi gələcəyini formalaşdıracaq Suriya Konstitusiya Komitəsinin gördüyü işlərdir.

Həmçinin, İdlibdən Türkiyə sərhədinə gələn qaçqınların vəziyyəti və humanitar yardım məsələsi sammitdə müzakirə ediləcək mövzular arasındadır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here