Paşinyan müharibəni yada salır ki… – Polkovnik

0
335

Azərbaycan Ordusu Ermənistanın istənilən təxribatının qarşısını almaq qüdrətindədir. Ordumuz Ali Baş Komandanın müharibə əmrini gözləyir.

Bu sözləri  açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov son zamanlar cəbhə xəttində atəşkəsin pozulma dinamikasında baş verən artımı şərh edərkən deyib. O bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan köhnə müharibə kartından istifadə edir:

“Ermənistan tərəfinin son zamanlar cəhbə xəttində atəşkəs rejimini intensiv pozması tamamilə siyasi bir prosesdir. Məsələ ondadır ki, hazırda Ermənistanda siyasi proseslər olduqca mürəkkəbdir. Xüsusilə, son günlər kütləvi həbslərin başlaması, pandemiya ilə mübarizədə uğursuzluqlar və iqtisadi problemlər Paşinyana qarşı etirazların çoxalmasına səbəb olub. Faktiki olaraq bu gün Paşinyan 2 il öncə ciddi dəstəyi sayəsində hakimiyyətə gəldiyi xalqla indi üz-üzə qalıb. Bundan əlavə, bir çox müxalifət partiyalarının Paşinyana qarşı birləşməsi Ermənistanda baş verən siyasi tablonu göz önünə sərir. Mövcud siyasi vəziyyətdən xalqın fikrini yalnız cəbhə xəttində atəşkəsi intensiv pozmaqla, daxili auditoriyaya müharibə faktorunu xatırladaraq çıxmaq olar. Yəni “müharibə hər an başlaya bilər, belə bir zamanda birlik lazımdır” mesajı verilir”.

Polkovnik qeyd edib ki, istər Paşinyan olsun, istərsə də ondan sonra başqa bir erməni lider, düşmənin Qarabağ siyasətində dəyişən bir şey olmayacaq:

“Ermənistanda hakimiyyətə kim gəlir-gəlsin, mövcud vəziyyəti uzatmaqdan başqa bir şey etməyəcək. Hazırda Ordumuz cəbhə xəttində ayıq-sayıqdır. Düşmənin istənilən təxribatına layiqli cavab verməyə hazırıq. Bu məqsədlə Müdafiə nazirimiz də tez-tez ön xəttə səfərlər edir, vəziyyətlə yerindəcə tanış olur”.