İvanişvili azərbaycanlıya vəzifə verdi

0
427

Marneulinin majoritar deputatı Ruslan Hacıyev Marneulidə Gürcü Arzusu Partiyasının seçki qərargahının rəhbəri təyin olunub.

Bu barədə Ruslan Hacıyev Marneuli radiosuna müsahibəsində bildirib.

Hacıyev 6 iyul tarixində Gürcü Arzusu Partiyasının lideri Bidzina İvanişvili tərəfindən rəsmi olaraq Marneulidə yerləşən seçki qərargahının rəhbəri vəzifəsinə təyin olunduğunu təsdiq edib:

“Demokratik Gürcü Arzusu partiyasının seçki qərargahının rəhbəri təyin olundum. Bu, birinci dəfə deyil, mən hər dəfə seçki qərargahının rəhbəri oluram. Biz yenilməyi bilmirik, hər zaman qalib gəlməyi bilirik. Bu dəfə də qalib gələcəyik”, – deyə Ruslan Hacıyev bildirib.