Dünya iqtisadiyyatını dağılma təhlükəsi gözləyir

0
442

Beynəlxalq Valyuta Fondu (BVF) pandemiyadan sonra baş verən struktur problemlərini nəzərə alaraq proqnoz verir. 2020-ci ildə dünya iqtisadiyyatının 4,9% azalacağı açıqlaması isə vəziyyətin nə dərəcədə pis olduğunu göstərir.

Bu sözləri açıqlamasında iqtisadçı Natiq Cəfərli Beynəlxalq Valyuta Fondunun dünya iqtisadiyyatı ilə bağlı proqnozunu azaldacağı haqda danışarkən deyib.

O bildirib ki, BVF pandemiya başlanan gündən etibarən bir neçə dəfə dünya iqtisadiyyatı ilə bağlı proqnozunu dəyişib:

“Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, dünya iqtisadiyyatı mart ayında pandemiyaya görə 2,2% azalmalı idi. Lakin vəziyyət daha da pisə doğru dəyişdi. Son proqnozlara baxsaq, vəziyyətin heç də yaxşı olmadığını görə bilərik. İndi dünya ümumi daxili məhsulunun ciddi azalacağı qeyd edilib. Hətta ən pis halda bu azalmanın 7,2% olacağı proqnozlaşdırılır. Bu o deməkdir ki, dünya iqtisadiyyatını dağılma təhlükəsi gözləyir. Yəni iqtisadi aktivlik azalacaq, iş yerləri qapanacaq, ticarət dövriyyəsi zəifləyəcək. Pandemiya dünya iqtisadiyyatına çox ciddi zərər vurdu. Bu zərər bir yox, bütün sahələrdə özünü hiss etdirir. Xüsusilə də turizm sektoru faktiki olaraq çöküb. Bu və bu kimi digər sahələrdə yaşanan problemlər dünya iqtisadiyyatının geriləməsinə gətirib çıxarıb”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here