Daha bir jurnalist koronavirusdan sağaldı

0
440

Jurnalist Aynur Nəsirova koronavirusdan sağalıb.

A.Nəsirova testinin nəticəsinin neqativ olduğunu bildirib:

“Xəstəxana dövrü bitdi”.

Qeyd edək ki, Aynur Nəsirova “ARB24” telekanalının baş redaktor müavinidir. Eləcə də, o, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində müəllim kimi çalışır.

İyulun 3-də jurnalistin koronavirusa yoluxması barədə məlumat vermişdik.