“Barselona” – “Atletiko” oyununda 4 qol, Messinin 700-cü qolu

0
195

Futbol üzrə İspaniya La Liqasında 33-cü tura start verilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Açılış matçında son turda “Barselona” ilə oyunda bir xal qazanan “Selta” səfərdə “Malyorka”nın qonağı olub. Altı qolun vuruldu oyunda meydan sahibləri darmadağına sevinib. “Sevilya” da “Leqanes”lə səfər oyununda 3 xalı 3 qolla qazanıb.

Turun mərkəzi görüşü Kataloniyada keçirilib. Turnir cədvəlinin ikinci pilləsində yer alan “Barselona” ən yaxın izləyicisi “Atletiko”nu qəbul edib. Dörd qolun vurulduğu bu görüşdə isə qalib müəyyənləşməyib. Bu oyunda “Barselona”nın kapitanı Lionel Messi karyerasında 700-cü qolu vurdu.

İspaniya La Liqası
33-cü tur
30 iyun

Malyorka – Selta 5:1
Qol: Budimir, 13-pen; 52. Kuço, 27. Pozo, 40. Sevilya, 60 – Aspas, 50-pen.

Leqanes – Sevilya 0:3
Qol: Torres, 23; 35. El Haddadi, 82.

Barselona – Atletiko 2:2
Qol: D.Kosta, 11-öz qapısına. Messi, 50-pen – Saul, 19-pen; 62-pen.

1 iyul

21:30 Alaves – Qranada
21:30 Valensiya – Atletik
00:00 Betis – Vilyarreal
00:00 Valyadolid – Levante

2 iyul

21:30 Eybar – Osasuna
21:30 Real Sosyedad – Espanyol
00:00 Real – Xetafe