Bakıda sərt karantin rejimində ad günü keçirdilər – VİDEO

0
543

Paytaxtın Səbail rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozaraq, “ad günü” keçirən şəxslər müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunublar

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Səbail RPİ Post Patrul Xidməti və 9-cu PB əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun T.Elçin və H.Seyidbəyli küçələrinin kəsişməsində yerləşən bağda epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimini pozaraq məclis təşkil edən şəxslər saxlanılıblar.

Ümumilikdə beş nəfər saxlanılaraq, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, hər biri 200 manat cərimə olunub.