Azərbaycan dövlət dilinin qorunması və inkişafı: kreativ yanaşmalar dəstəklənəcək

0
681

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci ilin 1-ci qrant müsabiqəsinə qalib gəlmiş “Azərbaycan dövlət dilinin qorunması və inkişafı istiqamətində tədbirlərin təşkili” layihəsi iyul ayının əvvəllərindən icra edilməyə başlanılıb.

“Qayğı və Himayə” Xeyriyyə Fondu tərəfindən həyata keçirilməyə başlanılan bu dəyərli layihə çağdaş İnternet dövründə – İKT-nin sürətlə dəyişdiyi, qloballaşan zəmanəmizdə xüsusi olaraq xaricidilli elektron və sosial resurslardan bəhrələnən yeni virtual-kreativ nəsil nümayəndələrinin, eyni zamanda, başqa ölkələrdə yaşayan, yad dillərdə təhsil alan gənc soydaşlarımızın arasında Azərbaycan dövləti dilinin işlənməsi, yeni leksik vahidlərlə, anlayış və terminlərlə zənginləşdirilməsini, azərbaycancamızın daha da inkişaf etdirilməsi məsələlərin araşdırılmasını, bu istiqamətdə aktual addımları, innovativ təşəbbüslərini dəstəkləyir . Əsas hədəf dövlət dilimizin zənginləşməsində, qorunmasında, inkişaf etdirilməsində, tədqiqi və təbliği istiqamətində yeni nəslin iştirakını təmin etmək, İnternet və qlobal elektron resurslarında, sosial şəbəkələrdə geniş istifadəsində gənclərin rolunun artmasına nail olmaq, bu yöndə fərqli – kreativ formaların axtarılaraq tapılmasına, o mövzuda həyata keçirilən rəsmi dövlət proqramlarının, tədbirlərin geniş ictimaiyyət tərəfindən tanıdılmasına və dəstəklənməsinə yönəldilib. Azərbaycanda 60-dan çox millət, etnik qrup, xalqın nümayəndələri multikultural sistemdə yaşayır. Onların hər birinin də öz ana dilində danışan nümayəndələri mövcuddur. Lakin Azərbaycan dili ümummilli və ümummilli dövlət ünsiyyət vasitəsi kimi qəbul edilib və konstitusiyamızda bu fakt qanuniləşdirilib. Ümummilli Lider Heydər Əliyevin, eyni zamanda ölkə Prezidenti İlham Əliyevin böyük səyləri nəticəsində rəsmi dövlət dilimizə hərtərəfli qayğıya baxmayaraq, 50 milyon soydaşımızın böyük əksəriyyəti respublikamızın xaricində yaşadığını, İnternet və sosial şəbəkələrdə bunun şahidi olmuruq. Bir çox hallarda, yazılı və elektron KİV-də, xüsusən İnternet resurslarında – sayt və portallarda, müxtəlif sosial şəbəkələrdə Azərbaycan dövlət dilinin ədəbi normaları, onun qrammatik və leksik qayda-qanunları bilərəkdən, yaxud məlumatsızlıqdan pozulur, fərqinə varmadan, yad leksik vahidlərdən, anlayış, ifadələrdən, terminlərdən götürülərək işlənilir. Ümummilli rəsmi ünsiyyət vasitəmiz hesab olunan dövlət dilimizdə yazanların, danışanların, xüsusən də elektron resurslarda azərbaycancadan istifadə edən yeni nəsil nümayəndələrinin istər şifahi nitqdə, istərsə də yazılı üslubda yanlışlıqlara yol verməsi, lazımsız ixtisarlardan, gərəksiz yaddilli elementlərdən, sözlərdən gen-bol istifadə etməsi ana dilimizin inkişafını əngəlləyir, onun öz daxili imkanlar hesabına təbii inkişafına mane olur, gənclərin əcnəbi dillərə marağını artıraraq dövlət dilimizin bütün üslublarından istifadəni ləngidir.
Sadalanan bu problemlərin qarşısını almaqdan ötrü elə yeni kreativ gənclərdən, İnternet və sosial media, şəbəkələrdən yararlanaraq Azərbaycan dövlət dilinin qorunması, zənginləşdirilməsi və inkişafı üçün kreativ-innovativ yanaşmaların dəstəklənməsinə ehtiyac duyulur.
Əlifbamızda olmayan hərflərin – ş əvəzinə sh, yaxud w kimi ingillis dilinə məxsüs işarələrdən və ya rus dilindən alınma termin və kəlmələrdən, lüzumsuz ləhcələrdən geniş istifadə edilməsi dilimizin orfoqrafiya, qrammatika, leksik laylarını dağıdır, azərbaycancamızın ümumişləkliyinə kölgə salır. Gənclərimiz sürət əsrində bilmədən ədəbi dilimizin qayda-qanunlarına qarşı çıxmış olurlar. Bu baxımdan gənc və istedadlı filoloq alimlər, yaradıcı kreativ yeni nəsil nümayəndələri, bloqqerlər, yazarların iştirakı ilə fəaliyyətlərin təşkili, materiallardan ibarət “Dövlət dilimiz – milli ruhumuz” adlı elmi-kütləvi toplunun nəşri, dövlət dilinin inkişafına yönəli müxtəlif məzmun və formatlı məhsulların, yazıların elektron və virtual variantda yayımı, sosial şəbəkədə virtual kampaniyaların təşkili nəzərdə tutulub.
Prezident İlham Əliyevin imzaladığı 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda da göstərildiyi kimi, ölkəmizdə dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu, nüfuzunun yüksəlməsi dövrümüzün vacib məsələlərindəndir. Dövlət dilimizin inkişafı və zənginləşməsiylə bağlı ölkəmizdə atılan rəsmi addımlara baxmayaraq, qloballaşan, virtuallaşan zaməmanədə Azərbaycancamızın qorunmasına böyük ehtiyac duyulur ki, bu məsələdə isə yeni kreativ – intellektual gənclərin öhdəsinə ciddi vəzifələr düşür. Ölkəmizin dövlət dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda daha geniş istifadəsi və zənginləşdirilməsi mexanizminin yaradılması 50 milyonluq soydaşımızın ümummilli ünsiyyət məkanında birləşməsinə xidmət edəcək.
Müstəqillik dönəmində də dövlət dilimizin inkişafına əngəllər törədən xeyli sayda obyektiv və subyektiv hallar ortaya çıxıb. Bu istiqamətdə aparılan müşahidələr, araşdırmalar, xüsusən də ədəbiyyat, mənəviyyat, milli-mənəvi dəyərlərimizlə bağlı həyata keçirilən layihələr zamanı monitorinqlər bir daha əsas verir ki, Azərbaycan dövlət dilinin həm şifahi, həm də yazılı üslublarına qarşı xaricdən, xüsusən də İnternet, sosial media, sosial şəbəkələr yazılı və elektron və KİV-dən, TV-lərdən güclü basqılar mövcuddur.
Tarix ortaya qoyduğu həqiqətdir var: dövlət dili millətin mənəviyyat bayrağı, milli mənlik və qürur mənbəyidir. Azərbaycancanın dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi xalqımızın ən böyük nailiyyətlərindən sayılmalıdır: bu fakt, ilk növbədə, təkcə dil – mədəniyyət məsələsi deyil, həm də Azərbaycançılıq məfkürəsi ilə bağlıdır. Təsadüfi deyil ki, möhtərəm Prezident İlham Əliyev məhz bu prinsipləri nəzərə alaraq qeyd edib: “Azərbaycan dilinin dövlət dili olaraq qorunması və işləkliyinin təmin edilməsi müstəqil dövlət quruculuğunun prioritet prinsipləri sırasındadır”. Məhz buna görədir ki, ölkəmizdə ana dilimizə dövlətçiliyin əsas atributlarından biri kimi yanaşılır, rəsmi dili siyasəti dövlətimizin yüksək diqqət və qayğısı ilə əhatə edilib.
Fəqət, qloballaşma proseslərinin geniş vüsət aldığı hazırkı şəraitdə gündəlik həyata daxil olan texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsi və maneəsiz informasiya mübadiləsi imkanlarının artması ana dilinin potensial imkanlarından istifadəsində bəzi çətinliklər yaratmışdır. Təəssüflər olsun ki, bu gün canlı danışıq dilimizdə, ədəbi-bədii sahədə, kütləvi informasiya vasitələrində çoxsaylı və arzuolunmaz üslub pozuntuları, eləcə də qəlizlik hallarına rast gəlinir. Bir çox hallarda küçə reklam lövhələrindəki, elektron-görüntülü elanlarındakı mətnlər hətta savadlı insanlar tərəfindən çətinliklə oxunur. Son vaxtlar Bakının dünyanın beynəlxalq tədbirlər məkanına çevrilməsi, respublikamızda turizmin inkişafı geosiyasi və iqtisadi imkanlarımızı artırmaqla yanaşı bəzi mənfi hallara, xüsusən də xarici dildə danışmağı üstünlük hesab edənlərin sayının nəzərəçarpacaq dərəcədə artması hesabına dövlət dilinin inkişafına təsir göstərir. Azərbaycan dilinə “yeni qaydalar” gətirmə əlamətləri hiss olunur. Əcnəbidilli lövhələrin sayı artır və bu, gənc nəslin azərbaycançılıq ruhunda tərbiyə edilməsinə mənfi təsir göstərir. Bütün bunları nəzərə alaraq layihə çərçivəsində Azərbaycan dövlət dilinin işlənməsi, qorunması, inkişafı sahəsində yeni dövrün tələblərinə uyğun kreativ təşəbbüslərin genişlənməsi istiqamətində tədbirlərin, layihələrin həyata keçirilməsi zərurətə çevrilir.
Azərbaycan dövlət dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dil araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını və ədəbi dilin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etmək olduqca aktual, vacib məsələlərdəndir. Məktəblilər – uşaq, yeniyetmə, gənclər arasında ana dilinə qarşı sevginin azaldılmasına təsir edən İnternet resurslarında, kompyüter oyunlarında, smartfon proqramlarında, sosial şəbəkələrdə, videopaylaşım platformalarında əsasən ingilis, rus və türk dillərindən istifadə olunur ki, bu da yeni nəsil nümayəndələrinin dövlət – ana dillərinə qarşı yadlaşma sindoromu, natamamlıq kompleksini yarada bilər. Bu baxımdan layihə sadalanan problemin həllinə yönəli bir çox problemlərin ictimailəşdirilməsində kreativ gənclərin cəlb edilməsini, həvəsləndirilməsini nəzərə alır.
İKT və İnternet dövründə, sürətlə dəyişən, qloballaşan dünyamızda xarici resurslarda işləməyə üstünlük verən virtual yeni nəsil nümayəndələri, eləcə də başqa ölkələrdə yaşayan və yad dillərdə təhsil alan gənc soydaşlarımız arasında Azərbaycan dövlət dilinin işlənməsi, yeni lüğət vahidləri, anlayış və terminlərlə zənginləşdirilməsini, azərbaycancamızın daha da inkişaf etdirilməsi məsələlərin araşdırılmasını, bu istiqamətdə aktual addımları, innovativ təşəbbüslərini dəstəkləyir.
Layihədə gənc və istedadlı filoloq alimlər, yaradıcı kreativ yeni nəsil nümayəndələri, bloqqerlər, yazarların iştirakı ilə fəaliyyətlərin təşkili, materiallardan ibarət “Dövlət dilimiz – milli ruhumuz” adlı elmi-kütləvi toplunun nəşrini, dövlət dilinin inkişafına yönəli müxtəlif məzmun və formatlı məhsulların, yazıların elektron və virtual variantda yayımını, sosial şəbəkələrdə virtual kampaniyaların təşkilini nəzərdə tutur.
Əsas hədəf dövlət dilimizin rəsmi üslubunu – Azərbaycan ədəbi dilinin zənginləşməsində, qorunmasında, inkişaf etdirilməsində, tədqiqi və təbliği istiqamətində yeni nəslin iştirakını təmin etmək, İnternet və qlobal elektron resurslarında, sosial şəbəkələrdə geniş istifadəsində gənclərin rolunun artmasına nail olmaq, bu yöndə yeni metodların, formaların axtarılaraq tapılmasına, o mövzuda həyata keçirilən rəsmi dövlət proqramlarının, tədbirlərin geniş ictimaiyyət tərəfindən tanıdılmasına və dəstəklənməsinə yönəldilib.
Azərbaycan dövlət dilinin normaları, qayda-qanunları, tələfüz və nitq mədəniyyəti, yazı vərdişləri, şifahi nitq və yazmaq bacarıqları daha çox İnternet – sosial şəbəkələrdə, KİV-də, xüsusən də yeni nəsil nümayəndələri arasında pozulduğuna görə, eyni zamanda ana dilimizin zənginləşməsi, elektron resurslarında daha geniş istifadəsi də sadalanan peşə nümayəndələrindən asılıdır. Uşaqlar, şagirdlər, yeniyetmələr, gənclər, tələbələr, dilçilər, jurnalistlər, yazıçı və publisitlər, tərcüməçilər, xaricdə yaşayan soydaşlarımız, yazılı və elektron KİV nümayəndələri, bloqer və İnternet – sosial media, qlobal şəbəkə istifadəçilərini əhatə edəcək layihədə real olaraq 500, elektron olaraq çoxlusayda iştirakçıların faydalanacağı gözlənilir. Hər iki cinsi əhatə edəcək layihədə kiçik yaş qrupundan tutmuş, ta orta nəslin nümayəndələrinə qədər insanlar bəhrələnə bilərlər.

Layihə və fəaliyyət nəticəsində aşağıdakı real nəticələr əldə edilməsi nəzərdə tutulur:
– istedadlı dilçi alimlər, qələm adamları – yaradıcı şəxslər, publisitlər, gənc bloqerlər, İnternet istifadəçiləri, sosial şəbəkədən yararlanan yeni nəsil nümayəndələri arasında əlaqələrin yaranmasına, eləcə də Azərbaycan dövlət dilinin üslublarının daha da inkişafına nail olunacaq, onun leksik-qrammatik formalarının zənginləşəçək;
– dövrün tələblərindən irəli gələrək, dövlət dilinin inkişafı və zənginləşməsi istiqamətində dilçilərin, araşdırmaçı filoloqlar, yaradıcı gənc kreativlər tərəfindən elmi məqalələrinin yazılması təşviq ediləcək, elmi-kütləvi toplu çap ediləcək və həmin məqalələrin nüfuzlu elektron saytlarda, intellektual rəqəmsal dərgilərin səhifələrində nəşrinə, eləcə də İnternet resurslarında yayımına çalışılacaq;
– İnternet texnologiyalarına uyğun olaraq, Azərbaycan dövlət dilinin beynəlxalq informasiya resurslarında inkişafı və zənginləşməsi mövzularında gənc intellektuallar, populyar bloqerlər tərəfindən müxtəlif formatlı materialların hazırlanmasına təkan veriləcək və bunların e-resurslarda, müxtəlif sosial şəbəkələrdə yayımı təşkil ediləcək;
– Tanınmış qələm adamları, dilçilərin, gənclərin, bloqerlərin dövlət dil məsələlərinə həsr olunacaq görüşlər keçirəcək. Hazırlanmış materialların elektron kitab formasında rəqəmsal nəşrə hazırlanacaq, İnternetdə yerləşdiriləcək və azad istifadə üçün yayımlanacaq;
– Dövlət dili ilə bağlı İnternet və sosial mediada ayrıca elektron resurs yaradılması nəzərdə tutulur. Feysbuk səhifəsi təşkil ediləcək ki, hazırlanacaq materialların burada yerləşdirməklə gənclər və dünyada yaşayan soydaşlarımız arasında ana dilimizin öyrənilməsinə, populyarlaşmasına, İnternetdə çevik surətdə yayılmasına, inkişafına təkan verəcək virtual kampanilyalar təşkil olunacaq;
– Dövlət dilinin qorunması və inkişaf etdirilməsinin zəruriliyi ilə bağlı kreativ-innovativ formada aksiyaların, dilimizin tarixinin araşdırılmasına yönəli tədbirlər təşkil ediləcək. Layihənin həyata keçirilməsi nəzərdə tutulan məkanlarda fəaliyyət göstərən yaradıcı təşkilatlar, KİV mərkəzləri, ali məktəblər, elm ocaqlarının potensialından yararlanmağa çalışılacaq.
– Ədəbi dilinin işlənməsi, qorunması, inkişaf etdirilməsinin vacibliyi barədə fikir mübadilələri, diskussiyalar aparılacaq, görüş və tədbirlər keçiriləcək;
– Yazılı və elektron KİV-də, İnternet – sosial şəbəkələrdə media-aksiyalar təşkil ediləcək.
– Azərbaycan dövlət dili İnternet resurslarında, o cümlədən də sosial şəbəkələrdə daha geniş istifadə ediləcək;
– Dilimizdə düzgün və səlist formada yazmağa və oxumağa həvəsləndiriləcək, xüsusən də yeni nəsil nümayəndələri və İnternet istifadəçiləri arasında kreativ dəb olaraq Azərbaycan dövlət dilindən ümummilli ünsiyyət vasitəsi kimi istifadə edilməsi genişlənəcək;
– Fərqli – virtual yazı və mütaliə mədəniyyəti estetikası, çevik e-dil bacarıqları formalaşdırılacaq, elektron mütaliə və e-yazı vərdişlərinin genişlənəcək;
– Real və virtual formada kreativ-innovativ təşəbbüsləri dəstəkləməklə, günümüzün tələblərinə uyğun fəaliyyətlərinin istiqamətləri ilə dilimizin zənginləşdirilməsi situmullaşdırılacaq;
– Kreativ-innovativ üsullarla və elektron nəşrlərlə çalışmaq vərdişləri, bu istiqamətdə bacarıqlar formalaşdırılacaq, elektron kitabxana resursları daha da zənginləşdiriləcək;
– Təşkilatın könüllüləri layihə çərçivəsində cəmiyyətə fayda olacaq işlər ətrafında birləşməsinə, yeni bacarıq və vərdişlərə yiyələnməsinə təkan veriləcək.
Televiziya, radio, İnternet və mətbuatda – ölkəmizin nüfuzlu mətbu orqanlarında, “Space” TV, İctimai Televiziyada və digər KİV-də, İnternet saytlarında, TV-lərdə, Fesybuk kimi sosial şəbəkələrdə layihə, şəbəkə resursu, haqqında rəylər, diskussiyalar, müzakirələr, mütəxəssis fikirləri, elmi-kütləvi məqalələr, bloqer materialları yayımlanacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.

“Qayğı və Himayə” Xeyriyyə Fondunun Mətbuat Xidməti