Ağac kəsənlərlə bağlı polisə müraciət olundu

0
220

Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları İsmayıllı rayonunun Qalıncaq meşəbəyliyinin 4 saylı dolayında beş fıstıq ağacının kəsilməsi faktı aşkar edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azar.az-a verilən məlumata görə, faktla bağlı akt tərtib olunub və təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün İsmayıllı rayon polis şöbəsinə müraciət olunub.