71 yaşlı müğənni hər çıxışına görə bir milyon manat qonorar alır

0
1118

İllər boyu SSRİ məkanında ulduz müğənnilərdən olmuş, hələ də səhnəni tam tərk etməmiş Alla Puqaçovanın hər çıxışına görə aldığı qonorarın məbləği açıqlanıb.

KP.ru yazır ki, “Ru-Konsert” şirkətinin baş direktoru Yevgeni Morozovun sözlərinə görə, 71 yaşlı artist hazırda nadir hallarda evini tərk edir:

“Alla Borisovna indi korporativ məclislərdə oxumur, çünki hamı onun qonorarının olduqca böyük olmasından xəbərdardır. Hazırda milyonları küçəyə səpməyin vaxtı deyil”.

Y.Morozov qeyd edib ki, əvvəllər korporativ məclislərdə çıxışa görə Alla Puqaçova 300-350 min avro qonorar alıb. O ki qaldı banketlərə, təxminən 100 nəfərlik məclisdə müğənninin çıxışı orta hesabla 40 milyon rubla (təxminən 1 milyon manat) başa gəlir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here