Sabah virtual “Son zəng” keçiriləcək

0
344

Sabah orta məktəbləri bitirən XI sinif şagirdləri üçün virtual “Son zəng” keçiriləcək.

Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Virtual “Son zəng”də bütün bölgələrdəki məzunlarla himn oxunulacaq. Eyni zamanda, son üç ayda “Dərs vaxtı”nda iştirak edən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər.

Virtual “Son zəng” 12 iyun saat 12:25-də “İctimai Televiziya”da, 12:30-da “Mədəniyyət”, “ARB24”, “Real TV”, eləcə də Təhsil Nazirliyinin “Facebook” səhifəsində yayımlanacaq.

Qeyd edək ki, 2019/2020-ci tədris ilində XI sinfi bitirən şagirdlərin sayı 80 646, IX sinfi bitirənlərin sayı isə 119 852 nəfərdir.

Ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi davam etdiyindən bütün kütləvi tədbirlər kimi “Son zəng” tədbirinin də keçirilməsi nəzərdə tutulmur.