Ordunun yaranması günü kişilər bayramıdır və nöqtə

0
1683

Xalqımızın şərəf, zəfər, vüqar və qürur mənbəyi olan ordumuzun yaranması günü həyati əhəmiyyət kəsb edən ən önəmli bir gündür və bütün bayramlarımızın tacıdır.

Kişilərlə qadınların bərabər hüquqlu olmasını qəbul edənlər də, etməyənlər də kişilərin fiziki gücünün canlı timsalını inkar edə bilmirlər. Məhz gücün yüksək ağılla qovuşduğu zirvə nöqtəsi başımızda tac adına layiqdir.
Təbii ki, başımızın tacı hesab edilənlərin hər hansı şəxs üçün qohumluq, yaxınlıq, dostluq məhfumlarına görə fərqli imici mövcuddur.
Kişilərin başımızın tacı olduğunu görənlər də, görməyənlər də hər zaman bu arzu ilə yaşadıqlarını inkar edə bilməzlər.
Ordunun yaranması gününü hər zaman kişilərin bayramı kimi qeyd etmişik. Bu gün də əksəriyyətimiz üçün bu bayram belə də davam edir. Analar, atalar, uşaqlar, gənclər və saysız adlarda digər bayramlar içərisində kişilər bayramı məhz Ordu günü ilə ümumiləşdirilib. Bu isə mövcud aksiomanın qəbulu ilə yanaşı, kişilərin qoruyucu qüvvələrin ali dövlət qurumunun əsası olmasının inkar edilə bilməyəcək faktıdır və eyni zamanda sonsuz qürur və fəxr simvoludur.
Bəli, mən də bunun üçün təəssüf hissi deyil, sonsuz sevinc və xoşbəxtlik hissini yaşayanlardanam.
Kişi olmağın məsuliyyətindən qorxduğumu düşünənlərə etiraz edə bilməsəm də, kişi olmamağa təəssüf edənlərə qarşıyam.
Allahın bəxş etdiyi mənsubiyyətlərə qarşı olan bu fikir və hisslərdən uzaq olmaq arzularımı bildirməklə yanaşı, varlığımızın bütün müsbət cəhətlərini qorumaq mübarizəsində güclü cinsin nümayəndələrinə bir çox məqamlarda dəstək olmaq, kömək olmaq rolunun əzəmətini də görməyi, fəxrini də duymağı diləyirəm.
Bir də fiziki və əqli məhdudiyyətlərə deyil, mənəvi dünya məhdudiyyətinə məruz qalmaqdan qorxun. Çünki mənəvi dünyanın zənginliyindən yararlanmaq xoşbəxtliyi kişi və qadın hüdudları tanımır.
Varlığı ilə xoşbəxtlik bəxş edən kişilərin bayramı mübarək olsun!!!

Sənubər

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here