İsraildə yoluxma sayı artdı

0
152

İsraildə koronavirusa yoluxanların sayı yenidən artıb.

Son 24 saatda 686 nəfərin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Müalicə alan bir nəfər həyatını itirib.

Hazırkı dövrədək ölkədə ümumilikdə 24 567 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 17 218 nəfər müalicə olunaraq sağalıb, 319 nəfər vəfat edib.