Göygöldə qadınlar arasında bıçaqlanma

0
541

Göygöldə qadınlar arasında bıçaqlanma olub.  Hadisə rayonun Yeni Qızılca kəndində baş verib.

Belə ki, 29 yaşlı kənd sakini Rəvanə Novruzova qarın nahiyəsinin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir.

İlkin məlumata görə, qadın mübahisə zəminində qonşu qadın tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.