Çində leysan yağışları onlarla insanın ölümünə səbəb oldu

0
133

Çinin Sıçuan əyalətində güclü leysan yağışları 12 nəfərin həyatına son qoyub.

Leysan nəticəsində daha 10 sakin itkin düşmüş hesab olunur.

Təbii fəlakətlə əlaqədar 7 700-dən çox insan təxliyyə edilib.

Rəsmi məlumatlara əsasən, 9 800 nəfər yüksək risk zonasında qalmaqdadır.

Leysan yağışları əyalətdə nəqliyyat əlaqəsinin pozulmasına gətirib çıxarıb, kənd təsərrüfatına zərər vurub.