Bu dəfə ilanlar rəqs etdilər – VİDEO

0
479

Hər zaman insanlarda vahimə yaradan ilanlar bu dəfə marağa səbəb olublar.

Türkiyənin Sivas rayonunun Karşıkonak kəndinin sakini Fevzi Kaya günorta saatlarında bağında iki ilan görüb və onları telefonun kamerası vasitəsilə lentə alıb.

Uzunluğu 2 metrdən çox olan ilanlar cütləşmə zamanı sanki rəqs ediblər.

Sözügedən video sosial mediada marağa səbəb olub.