ABŞ-da Atatürkün heykəlinə qarşı təxribat – Foto

0
485

ABŞ-ın paytaxtı Vaşinqtonda Türkiyə səfirliyi iqamətgahının qarşısında olan Atatürkün heykəlinə hücum edilib.

Heykəlin üzərinə ingilis dilində “Bəli, insanlığa qarşı cinayətlərdə günahkaram” ifadəsi yazılan pankart asılıb.

Təxribatı törədən şəxs səfirliyin müşahidə kamerasına düşüb. O, pankartı heykəlin üzərinə yerləşdirdikdən sonra fotosunu çəkib. Daha sonra da pankartı götürərək ərazidən uzaqlaşıb.

Qeyd edək ki, çəkilən foto Yunan Soyqırım Araşdırma Mərkəzinin (Greek Genocide Resource Center) Feysbuk hesabında da paylaşılıb.