Ərdoğan bu müddəti daha 1 ay uzatdı

0
173

Türkiyədə COVİD-19 epidemiyası ilə əlaqədar işsiz qalan vətəndaşlara qısamüddətli yardımın müddəti daha 1 ay uzadılıb.

Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan danışıb.

Sosial müdafiə ilə bağlı 6 milyard lirədən çox maddi yardım etdiklərini bildirən Ərdoğan əsas məqsədlərinin ölkədə koronavirusa yoluxma sayını sıfıra endirmək olduğunu deyib.