Trampdan Çinə AĞIR İTTİHAM: “Koronavirusu siz yaratmısınız”

0
384

ABŞ prezidenti Donald Tramp növbəti dəfə Çini koronavirusu yaratmaqda ittiham edib.

Jurnalistlərin qarşısına çıxan ölkə rəhbəri virusun Çinin Uxan şəhərindəki laboratoriyada yaradıldığını söyləyib.

 

“Virusun Uxan şəhərində laboratoriyada yaradılmasına dair sübutlarımız var”- deyə o söyləyib.

Tramp hansı sübutlarının olduğunu açıqlamayıb. Maraqlıdır ki, ABŞ Milli Kəşfiyyatı koronavirusun süni yaxud genetik modifikasiyaya malik olmadığını açıqlamışdı.