Tramp ABŞ-da koronavirusa qarşı vaksinin nə vaxt hazır olacağını açıqladı

0
41

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, koronavirusa qarşı vaksin ölkədə 2020-ci ilin sonunda hazır olacaq.

Dövlət başçısı hökümətin və ayrı-ayrı qurumların bu istiqamətdə mümkün olduğu qədər sürətli işlədiyini bildirib.

Son məlumata əsasən, ABŞ-da 1,15 milyon insan koronavirusa yoluxub, 67,4 min nəfər isə onun qurbanı olub.