Rusiya tarixində ilk dəfə prezident əbədi məşəl önünə tək gedəcək

0
115

“Mayın 9-da Vladimir Putinin iştirak edəcəyi tədbirlər kütləvi olmayacaq”.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Aydındır ki, kütləvi tədbirlər olmayacaq. Prezident əbədi məşəl önünə əklil qoyub çıxış edəcək. Bu vəziyyətdə epidemioloji rejim qaydalarının pozulmasından söhbət gedə bilməz”, – deyə, Kreml nümayəndəsi vurğulayıb.

D.Peskov söyləyib ki, prezidentin fərqli qaydada hərəkət etməsi mümkün deyil.

Qeyd edək ki, Rusiyada koronavirusun yayılması təhlükəsi ilə bağlı 9 may Qələbə paradının keçirilməsi qaydalarına dəyişiklik edilib.

V.Putinin qərarına əsasən, “Qələbə paradı”nın və “Ölməz Alay”ın Qırmızı meydandan keçidi təxirə salınıb. Bunun əvəzində hərbi təyyarələrin paradı və atəşfəşanlıq nəzərdə tutulub.