“Real” yay transferlərindən məhrum ola bilər

0
17

Real” futbol klubu koronavirus pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar yay transferindən məhrum ola bilər.

Məlumata görə, pandemiyaya görə yaranmış böhran “Real”da ciddi əks oluna bilər. Klubun maliyyə çətinliklərinə görə yay transfer pəncərəsində heç bir futbolçunu almayacağı istisna olunmur.

Transferlər yalnız klubun böyük sayda oyunçularını sata biləcəyi halda ola bilər. Ancaq bu variant ağlasığmazdır. Çünki bir çox klublar indi oyunçulara pul xərcləməyə hazır deyil.

“Real” İspaniya çempionatının 27 turundan sonra 56 xal toplayaraq ikinci yer tutur. Komanda lider “Barselona”dan 2 xal geri qalır.

Hazırda İspaniya çempionatında mövsüm koronavirus pandemiyasına görə dayandırılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here