Rayonlara gediş-gəlişin hansı halda bərpa olunacağı açıqlandı – RƏSMİ

0
367

“Rayonlara gediş-gəlişin bərpası yoluxmanın səviyyəsindən asılıdır. Son günlər yoluxma səviyyəsinin artması bu məsələlərə konservativ yanaşma tələb edir”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, sərbəstlik artdıqca, yoluxma hallarının sayı artır:

“Narıncı zonada yoluxma halları artıb. Gediş-gəlişin intensivliyi yüksələrsə, sarı zonada da artıma səbəb ola bilər. Hələlik bu məsələni indiki mərhələdə dəyişməməyə çalışırıq”.