Ramazan ayının 11-ci gününün imsak və iftar vaxtları

0
49

Sabah Ramazan ayının 11-ci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 5-də imsak vaxtı saat 03:53-də, iftar vaxtı isə 19:55-dədir.

11-ci günün günün imsak vaxtının duasını təqdim edirik.

Duanın oxunuşu: “Bismillahir-Rahmanir-Rahim. Allahummə həbbib iləyyə fihil-ihsan. Və kərrih iləyyə fihil-fusuqə vəl-isyan. Və hərrim ələyyə fihis-səxətə vən-niyran. Bi-ovnikə ya ğiyasəl-mustəğisin”.

Tərcüməsi: “İlahi, bu gün ehsan etməyi mənə sevdir! Bu gün fisq və asilikdən məni ikrah etdir! Bu gün öz qəzəbini və cəhənnəm atəşini məndən uzaqlaşdır! Yardımına and verirəm, ey fəryad edənlərin dadına çatan!”

İftar duası:

Duanın oxunuşu: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

Tərcüməsi: “İlahi, sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib yalnız Sənə təvəkkül edirəm.!”

Allah orucunuzu qəbul etsin!