Qobu sakinləri Bələdiyyə sədrinin yardımları mənimsədiyini iddia edirlər – VİDEO

0
305

Abşeron rayon Qobu qəsəbəsinin sakinləri onlar üçün ayrılan yardımların bələdiyyə sədri tərəfindən mənimsənildiyini iddia edirlər.

Sakinlər bildirirlər ki, onları siyahıya alsalar da, ayrılan ərzaq payı əsl sahiblərinə çatmır.

Məsələ ilə bağlı açıqlama verən Qobu qəsəbəsi Bələdiyyəsinin sədri Araz Nəcəfov bu şikayətlərin yalan olduğunu bildirir. Onun sözlərinə görə, gələn yardımlar siyahı üzrə sakinlərə paylanılır.

Qeyd edək ki, Azərbaycanda son günlər çoxlu sayda məmur məhz aztəminatlı ailələr üçün nəzərdə tutulan ərzaq yardımını mənimsəməkdə təqsirli bilinərək, barələrində cinayət işi başlanılıb.

Baş Prokurorluq qanuna zidd hallarla üzləşən vətəndaşlara müraciət edərək, 961 nömrəli “Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir.