Qərb qonşularımızda koronavirusla bağlı durum: artım var

0
55

Gürcüstanda 5260 nəfər karantində saxlanılır, 553 adam həkim nəzarətindədir, Ermənistanda isə yoluxanlardan 320 nəfəri tibb işçiləridir

Gürcüstanda koronavirusdan ölənlərin sayı 9 nəfərə çatıb. Sputnik Gürcüstan bildirir ki, eyni zamanda yoluxan və sağalanların sayında da artım var.

“589 nəfərdə koronavirusa yoluxma təsbit olunub, onlardan 221 nəfər sağalıb. Ölənlərin sayı 9-a çatıb. 5260 nəfər karantində saxlanılır, 553 adam həkim nəzarətindədir”, – xəstəliyin monitorinqi üzrə saytda bildirilir.

Ermənistanda koronavirusa yoluxanların sayı isə 2386 nəfər olub. Bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəz məlumat yayıb.

Sutka ərzində 125 nəfərdə COVID-19 aşkarlanıb, 2 nəfər ölüb. Ölənlərin ümumi sayı 35 olub. Ermənistanda COVID-19-dan 1035 nəfər sağalıb, 1312 xəstə müalicə alır. Ümumi testlərin sayı 24177 olub.

Yoluxanlardan 320 nəfəri isə tibb işçiləridir. Bu barədə isə Ermənistanın Səhiyyə naziri Arsen Torosyan məlumat verib.