Mingəçevirdə təhlükə: Küləyə tab gətirməyən ağaclar aşır – VİDEO

0
99

Mingəçevirdə tez-tez külək əsməsə də, təbiət hadisələrindən bu şəhər də sığortalanmayıb.

Son günlər ölkə ərazisində havaların qeyri-sabit keçməsi burada nəhəng ağacları kökündən qoparıb.

Uzunluğu və iri budaqları ilə diqqət çəkən ağaclardan biri isə 12 nömrəli orta məktəbin stadionuna aşıb. Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. Amma nəzərə alsaq ki, ağac aşan ərazinin 1-2 metrliyində uşaqların idman hərəkətləri etdiyi qurğular var, onda düşünməyə dəyər.

Şəhər sakinləri deyirlər ki, yaşı 150-dən çox olan ağaclar ucbatından yollarını tez-tez dəyişməli olurlar.

Aidiyyəti qurumlar isə hələ gözləmə mövqeyindədir.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here