Millimizin futbolçusunun oynadığı komandada koronavirus tapıldı

0
74

Millimizin üzvü Dmitri Nəzərovun çıxış etdiyi Almaniyanın “Ertsqebirqe” klubunun futbolçuları və rəsmiləri karantinə alınıb.

Buna ikinci Bundesliqa təmsilçisində bir nəfərin ikinci koronavirus testinin müsbət çıxması səbəb olub. Həmin şəxsin adı açıqlanmayıb.

Klubun üzvlərinin mayın 7-nə kimi ev şəraitində karantində olacağı bildirilib.

Qeyd edək ki, mayın 1-də Dmitri Nəzərovun testinin müsbət çıxdığı açıqlanmışdı.