Məsim Hacıyev İstanbulun fəthinin 567-ci ildönümü ilə əlaqədar tədbirdə iştirak edib – FOTO, VİDEO

0
415

Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev, İstanbul şəhərinin 567-ci fəth ildönümü ilə əlaqədar olaraq, Türkiyə Respublikası Prezidenti Administrasiyasının himayəsi, ölkənin Gənclik və İdman Nazirliyinin, Oxçular Fondu ilə birgə təşkil etdiyi “8-ci Fəth Kuboku” tədbirində iştirak edib.

Tədbirdə Türkiyə Respublikasının Gənclər və İdman naziri Mehmet Kasapoğlu, İstanbul Valisi Ali Yerlikaya, Bəyoğlu Bələdiyyə başçısı və eyni zamanda, Oxçular Fonudunun sədri Haydar Ali Yıldız, Oxçular Fondunun üzvü Bilal Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri də iştirak ediblər. Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirə videokonfrans bağlantısı ilə qatılıb.

Baş konsul Məsim Hacıyev burada Oxçular Fonunun üzvü Bilal Ərdoğan və Oxçular Fondunun sədri və eyni zamanda, Bəyoğlu Bələdiyyəsinin sədri olan Haydar Ali Yıldızla görüşüb.

Tədbir zamanı Türkiyə və Azərbaycan Respublikasının dövlət başçılarının qaşılıqlı görüşlərindən olan görüntüləri əks etdirən videosüjet nümayiş olunub, Ötən gün qeyd olunan Respublika Günü münasibətilə Azərbaycan dövləti və xalqına təbriklər ünvanlanıb.