Lukaşenko koronavirusa meydan oxumaqda davam edir – Hamını Qələbə paradına dəvət etdi

0
44

Belarus Prezidenti Aleksandr Lukaşenko keçmiş Sovet İttifaqı dövlətlərinin rəhbərlərini Minskdə keçiriləcək Qələbə paradına dəvət edib.

Prezident həmçinin qeyd edib ki, Belarus İkinci Dünya müharibəsindən ən çox zərər çəkmiş respublikadır və “müharibənin canlı abidəsi” hesab olunur.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq Belarusdan və Türkmənistandan başqa bütün keçmiş Sovet İttifaqı respublikalarında kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub.