Kürdəmirdəki qəzada xəsarət alan qadın Bakıya gətirildi

0
41

Kürdəmirdə baş verən ağır yol qəzasında xəsarət alan şəxslərdən biri Bakıya göndərilib.

1981-ci il təvəllüdlü Kərimova Reyhan Kərim qızı təcili tibbi yardım briqadasının köməkliyi ilə 1 saylı kliniki tibbi mərkəzə çatdırılıb.

Ona müştərək travma, döş qəfəsinin əziyi diaqnozu qoyulub.

Qeyd edək ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb. İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub. Nəticədə 6 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.