Koronavirusa görə futbolçulara danışmaq qadağan ediləcək

0
50

Mayın 8-dən etibarən Cənubi Koreyada futbol çempionatının oyunları bərpa olunur.

Ölkənin futbol rəsmiləri oyunçular arasında COVID-19-un yayılmaması üçün unikal qərar veriblər.

Koronavirusun yayılma riskini minimuma endirmək məqsədilə oyunçulara matç ərzində tüpürmək, bir-birinin əlini sıxmaq və danışmaq qadağan edilib.

Komandaların bütün heyət üzvləri tibbi maska və əlcəklərdən istifadə etməli olacaq.

Futbolçular və komanda rəsmiləri koronavirus testi verəcək və yalnız mənfi nəticə olduqda onların oyunlarda iştirakına şərait yaradılacaq.