“Koronavirus Azərbaycan genetikasında”

0
82

image here

12 may saat 12:00 da İctimai Nəzarət Koalisiyasında ölkə prezidentinin müvafiq tapşırığına əsasən Koronavirus pandemiyasına qarşı dəstək kompaniyasının növbəti layihəsinə start veriləcək. İctimai Nəzarət Koalisiyasının eskpertlər şurasının sədri, professor, siyasətşünas Rövşən Novruzoğlunun “Koronavirus Azərbaycan genetikasında” adlı 10 cildlik kitabının I cildi ilə tanışlıq və müzakirəsi keçiriləcək.
Onu qeyd edək ki, R.Novruzoğlunun bir çox dünya ölkələri ictimaiyyətinin sosial şəbəkələrdə artıq tanış olduğu bu əsərlərin Azərbaycan oxucuları ilə daha yaxından tanışlığı İNK-nın həyata keçirdiyi əhəmiyyətli ictimai-mədəni tədbirlər silsiləsinə aid edilir.

"Koronavirus Azərbaycan genetikasında"