Karantin rejimini pozan daha 615 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi

0
44

Karantin rejiminin pozulmasına görə, mayın 6-dan 7-dək respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 615 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında karantin rejiminin pozulmasına görə, 49 001 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.