Karantin dövründə çörək satışı artdı

0
100

Rusiyada koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan özünütəcrid günlərində çörək məhsuluna olan tələbat 36 faiz artıb.

“Russki Standart” bankının apardığı araşdırma nəticəsində məlum olub.

Mütəxəssislər mobil bank qəbzləri vasitəsilə vətəndaşların hansı ərzaq və sənaye mallarının alınmasına daha çox üstünlük verdiyini araşdırıblar.

Nəticədə, məlum olub ki, qida kateqoriyasına aid məhsullar arasında çörəyə tələbat birinci sıradadır. İkinci sırada süddür, üçüncü ən çox ehtiyac duyulan məhsul isə yumurtadır.

Qeyri-qida məhsulları arasında isə ən çox tələbat kosmetik kremlərə olub. Sıralamada növbəti yerləri sabun və diş pastaları tutur.