Güclü külək səbəbindən təyyarələr toqquşdu – VİDEO

0
168

Sosial şəbəkələrdə Qətərin paytaxtı Dohada yerləşən hava limanının müşahidə kameralarının qeydə aldığı qeyri-adi kadrlar yayılıb.

Kadrlarda güclü küləyin “Boeing 787-8 Dreamliner” sərnişin təyyarəsini yerindən tərpətdiyini görmək olar.

“Qatar Airways” şirkətinə məxsus nəqliyyat vasitəsi sürüşərək “Airbus A350” təyyarəsi ilə toqquşub.

Xoşbəxtlikdən xəsarət alan olmayıb, lakin hər iki təyyarəyə ciddi ziyan dəyib.