Gəncədə 25 yaşlı qadın dərman içib damarlarını kəsdi

0
302

Gəncədə gənc qadın dərmandan zəhərlənib.

Hadisə şəhərin 1 mikrorayon yaşayış ərazisində olan mənzillərin birində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü C.R. ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal qadına tibbi yardım göstərilib.

Müayinə zamanı məlum olub ki, qadın intihar məqsədi ilə dərman içib və hər iki qolunda damarlarını kəsib. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.