Fransada koronavirusdan ölənlərin sayı 24,6 minə çatdı

0
59

Fransada son bir gündə daha 218 nəfər koronavirusdan ölüb.
Bu barədə ölkə səhiyyəsi baş idarəsinin direktoru Jerom Salomon Səhiyyə Nazirliyində keçirdiyi brifinqdə bildirib.
O, qeyd edib ki, bununla ölkədə COVID-19 qurbanlarının sayı 24 594 nəfərə çatıb.
“Ölkədə COVID-19-dan ölənlərin sayı 24 594 nəfər təşkil edir. Bu halda 218 nəfər bir gün ərzində artdı”, – o deyib.
Jerom Salomonun sözlərinə görə, epidemiya ərzində xəstəxanalarda 15 369 insan ölüb, qocalar evlərində isə 9 225 nəfər vəfat edib.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.