Dünyada koronavirusdan dünyasını dəyişənlərin sayı 250 mini ötüb

0
38

Dünyada koronavirusla əlaqəli xəstəliklərdən ölənlərin sayı 250 134 nəfərə çatıb.

Bu barədə Con Hopkins Universiteti bildirib.

Ölüm hallarının ən çox sayı – təxminən 68,4 mini ABŞ-da, 29 mini – İtaliyada, təxminən 25,3 mini – İspaniyada, 28,8 mini – Böyük Britaniyada və 24,9 mini Fransada qeydə alınıb. Bu günə qədər koronavirus diaqnozu 3,5 milyon nəfərdə aşkarlanıb.