Dəfn mərasimində 6 nəfəri koronavirusa YOLUXDURDU

0
308

Türkiyənin Zonquldak şəhərinin Çaycuma kəndində İstanbuldan gələrək dəfn mərasimində iştirak edən bir şəxs 6 nəfərə koronavirus yoluxdurub.

Kəndə giriş və çıxışlar jandarma qrupları tərəfindən nəzarət altına alınıb və kənd sakinlərindən evi tərk etməmələri tövsiyə edilib.

Dəfn mərasimində iştirak edən şəxslərdən 6 nəfərin narahat olduqları barədə təcilli yardıma məlumat verilib.

Xəstələnən 6 nəfərdən 3-nün Bartında yaşadığı öyrənilib. Bunun üzərinə Zonquldak və Bartın İcra Hakimiyyəti ortaq hərəkətə keçib. Sağlamlıq qrupları kəndə gələrək araşdırmalara başlayıb.

Digər tərəfdən xəstəxanaya yerləşdirilən 6 nəfərin müalicəsi və kənddə ciddi tədbirlər davam edir.