COVID-19-u məhv edən vaksin hazırlanıb

0
112

İtaliyalı alimlər koronavirusu məhv etmək gücündə olan ilk vaksini yaratdıqlarını bildiriblər.

Vaksin laboratoriyada siçanlar üzərində sınaqdan keçirilib.

Gəmiricilərə iynə vurulduqdan sonra onlardan anticisimlər götürülüb və sınaqların ilkin nəticələri göstərib ki, anticisimlər COVID-19-un insan hüceyrələrinə yoluxmasını dayandırmağa qadirdir.

Vaksinin insanlar üzərində sınağı bu ilin payızında başlanacaq.

Qeyd edək ki, İtaliya dünyada koronavirusun ən sürətlə yayıldığı ölkələr sırasında ilk beşliyə daxildir.