Çin dünyaya qorxu salmağa davam edir: “Nüvə üçlüyü hazırlanır”

0
167

Çin “nüvə üçlüyü”nü yaratmaq hazırlıqlarını tamamlamaq üzrədir.

Bu barədə “South China Morning Post” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.

Çin bir neçə ildir üzərində çalışdığı “Xian H-20” supersonik (səsdən sürətli) bombardman təyyarəsini bu il ərzində tamamlaya bilər. Bununla da Çin Rusiya və ABŞ-dan sonra hava, quru və dənizdən nüvə raketi buraxmaq imkanına sahib üçüncü ölkə olacaq.

Nəşr həmçinin iddia edib ki, sözügedən prosesin başa çatması ilə Avstraliya, Yaponiya və Koreya yarımadasını da Çin hədəfə ala bilər