Bu ölkədə ardıcıl 38 ildir ki, doğum sayında geriləmə müşahidə olunur

0
75

Yaponiyada 1982-ci ildən başlayaraq, doğum sayının ilbəil aşağı düşməsi qeydə alınır.

Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin məlumatına əsasən, “gündoğan ölkə”də 14 yaşına qədər olan uşaqların sayı ötən illə müqayisədə, 200 min nəfər azalıb.

Hazırda 130 milyon nəfərə yaxın əhalisi olan Yaponiyada cəmi 15,2 milyon uşaq var.

Doğum sayında ən yüksək göstərici paytaxt Tokioda qeydə alınıb. Burada altı il davamlı olaraq yeni dünyaya gələnlərin sayında artım müşahidə olunur.

Ən aşağı doğum göstəricisi Yaponiyanın Tottori prefekturasında müşahidə edilib.

Qeyd edək ki, bu gün Yaponiyada Uşaq günü qeyd olunur.