BRAVO pandemiya dövründə daha 15000 ailəni ərzaq yardımı ilə təmin edəcək – FOTO/VİDEO

0
307

BRAVO marketlər şəbəkəsi COVID-19 koronavirus infeksiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi zamanı əhalinin xüsusi həssas qruplarına – ailə başçısını itirmiş ailələr, eləcə də 65 yaşdan yuxarı tənha yaşlı insanlara dəstək olmağa davam edir.

Bu həftə də BRAVO kartof, soğan, şəkər, çay, makaron, dənli bitkilər, un, bitki yağı, kolbasa və sosis, konservləşdirilmiş ət, gigiyena məhsulları və gündəlik tələbat məhsullardan ibarət daha 15.000 xüsusi ərzaq payını göndərməyə hazırlaşır.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər yerli icra hakimiyyəti orqanlarının birgə əməkdaşlığı ilə BRAVO marketlər şəbəkəsi ölkənin müxtəlif bölgələrində yaşayan tənha yaşlılar və xüsusi ehtiyacı olan ailələrə artıq 13.500 ərzaq payı təqdim edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırki sosial layihə haqqında ətraflı məlumat vermək və operativ ünsiyyət yaratmaq məqsədilə (050) 822 42 03/04/05/06/07/08 “qaynar xətt” nömrələrini vətəndaşların ixtiyarına verib.

Beləliklə, BRAVO şəbəkəsi ümumilikdə 28.500 ərzaq payı təqdim edib ki, bununla da şirkətin bu layihələrə verdiyi töhfə artıq 1.5 milyon manatı keçib.

Qeyd edək ki, BRAVO marketlər şəbəkəsi yalnız pandemiya zamanı aktiv sosial fəaliyyətlər həyata keçirmir, həm də müntəzəm olaraq ehtiyacı olan ailələrə, müharibə veteranları və əlil icmalarına, məcburi köçkünlərə, uşaq evləri və sığınacaqlara dəstək olur, həmçinin yaşlı vətəndaşları marketlər şəbəkəsində alış-veriş zamanı 10% endirim əldə etmək imkanı verən pensiyaçı kartları ilə təmin edir.

Yalnız 2020-ci ilin ilk 4 ayında BRAVO tərəfindən pensiyaçılara verilən endirimlərin ümumi məbləği 2 milyon manat təşkil edib.