Bakıda körpə ölü doğuldu

0
42

Bakıda körpə ananın bətnindən ölü vəziyyətdə çıxarılıb.

Hadisə Dövlət Dəmiryolu Xəstəxanasında qeydə alınıb.

Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Kamilə Əliyeva mayın 3-ü hamiləliyin 36-cı həftəsində qarında ağrılar, qanaxma ilə xəstəxanaya daxil olub. Ananın həyatını xilas etmək üçün o, təcili qeysəriyyə əməliyyatına alınıb, ölü döl bətndən xaric edilib.

Hazırda ananın vəziyyəti qənaətbəxşdir.