BƏƏ-də 47 mərtəbəli binada dəhşətli yanğın başlayıb – FOTO/VİDEO

0
170

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja əmirliyində 47 mərtəbəli yaşayış binasında güclü yanğın başlayıb.

Bu barədə ölkənin Mülki Müdafiə Baş İdarəsi xəbər yayıb.

Binanın sakinləri bütünlüklə təxliyyə ediliblər.

Alovun qarşısını almaq üçün hadisə yerində bir neçə yanğınsöndürmə briqadası çalışır. Hələlik yanğın davam edir. İtkilər haqqında məlumat yoxdur.