Azərbaycanlı məşhurun köməkçisi koronavirusdan vəfat etdi – FOTO

0
109

Müğənni Rəqsanə İsmayılovanın köməkçisi koronavirusdan vəfat edib.

Bu barədə məşhur prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında məlumat verib. O bildirib ki, qadın bir neçə gündür müalicə alsa da, sağalmayıb.

R.İsmayılova kədərli hadisə ilə bağlı “Instagram” səhifəsində köməkçisinin şəklini paylaşaraq bu sözləri yazıb:

“Söz tapmıram, 47 yaşında cavan gəlin… 10 yaşında körpə uşağı var. Adı Mehparə idi. 20 gündür işə gəlmirdi. Sürücünü göndərdim, gətirdi. Halsız idi, dedi ağrıyıram.

Gedib xəstəxanaya, müalicə ediblər, üç gün qalıb. Sonra nə qədər zəng etdik, telefona cavab vermədi. Bir nəfər gəlib dedi ki, restorandakı işçiniz rəhmətə gedib. Burada heç kimi yoxdur, ailəsinə xəbər verdim. İndi cənazəni Azərbaycana göndərməliyəm”.
Azərbaycanlı məşhurun köməkçisi koronavirusdan vəfat etdi - FOTOAzərbaycanlı məşhurun köməkçisi koronavirusdan vəfat etdi - FOTO